Xiaomi rəhbəri: şirkətin elektrobillərinin istehsalı ilin 2-ci yarısında sərfəli olacaq

10:57 - 5.06.2025


5 iyun, Fineko/abc.az. Xiaomi-nin təsisçisi və baş icraçı direktoru Lei Jun, elektrikli avtomobil biznesinin ilin ikinci yarısında gəlirli səviyyəyə çatacağını gözləyir.

ABC.AZ xəbər verir ki, birinci rübdə bu seqment 0,5 milyard yuan (69,5 milyon dollar) zərər qeydə alıb. Gəlir 18,1 milyard yuan təşkil edib.

Ümumilikdə şirkətin yanvar-mart aylarında xalis mənfəəti 10,68 milyard yuan, gəliri isə 111,29 milyard yuan olub.

Smartfon və digər istehlakçı elektronikası istehsalçısı Xiaomi ilk elektrikli avtomobil SU7-ni 2024-cü ilin mart ayının sonunda buraxmışdı. May ayında şirkət 28 mindən çox avtomobil satmışdı.

İyul ayında Xiaomi ikinci modelini - YU 7-ni bazara çıxarmağı planlaşdırır.