12:23 - 2.06.2025
2 iyun, Fineko/abc.az. Qlobal aviasiya sahəsi 2025-ci ildə qlobal ÜDM-in 2,5% - ə qədər yavaşlamasına baxmayaraq artımı davam etdirəcək.
ABC.AZ xəbər verir ki, IATA-nın proqnozuna görə, sənayenin xalis mənfəəti 32,4 milyard dollardan 36 milyard dollara, gəlirləri rekord həddə — 979 milyard dollara qədər artacaq.
Bu, yanacaq qiymətlərinin azalması (bir barelə 86 dollar) və reyslərin maksimum yüklənməsi (84%) ilə əlaqədardır.
Ən çox mütləq qazanc artımı Şimali Amerikada gözlənilir, viza məhdudiyyətlərinin aradan qaldırılması və turizmin inkişafı sayəsində Asiya-Sakit Okean bölgəsində tələbat isə daha dinamik artacaq. Çində geosiyasətə və yavaşlamaya baxmayaraq, aviaşirkətlər sabit tələbin olmasını qeyd edirlər. Hindistanın (ildə 8-10% artımla üçüncü iri bazar) səyahət həcmi Çin ilə bərabər olarsa,o, əsas drayver ola bilər.