16:39 - 30.05.2025
30 may, Fineko/abc.az. “Capital Partners İnvestisiya Şirkəti” QSC 2024-cü ili 39.3 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki ilin – 2023-cü ilin 94,5 min manatlıq mənfəətindən 58,4% və ya 55,2 min manat azdır.
ABC.AZ şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə şirkətin əməliyyat gəlirləri 374,7 min manata yüksəlib, bu da ötən illə müqayisədə 130,9 min manat və ya 53,7% artım deməkdir.
İnvestisiya fəaliyyətindən əldə olunan gəlir də 2023-cü ildəki 7,8 min manatdan 21,8 min manata çataraq 179% artıb.
Lakin xərclərdəki kəskin artım mənfəətə mənfi təsir göstərib. İnzibati və sair əməliyyat xərcləri 2023-cü ildəki 154,9 min manatdan 333,5 min manata yüksələrək 2,15 dəfə artıb. Ən kəskin artım əməkhaqqı xərclərində qeydə alınıb – 2023-cü ildə 139,2 min manat olan bu göstərici 2024-cü ildə 262,4 min manata çatıb.
Şirkətin öhdəlikləri 2023-cü ildə 40,6 min manat olduğu halda, 2024-cü ildə bu rəqəm 124,6 min manata çatıb. Bu, 3 dəfədən çox artım deməkdir. Artım əsasən müqavilə öhdəliklərində və ticarət kreditor borclarında qeydə alınıb.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026