10:31 - 29.05.2025
29 may, Fineko/abc.az. Azərbaycanda Tufan M50 və S50 adlı mopedlər yığılır.
ABC.AZ xəbər verir ki, ölkəmizdə yığılan bu modellər əsasən kuryerlər və gündəlik istifadə üçün geniş yayılıb.
Qiymətlərinə gəlincə isə sözügedən mopedlər təxminən 850–1250 AZN aralığındadır.
Yerli istehsal olduğu üçün ehtiyat hissələri və servis xidmətləri əlçatandır.
Bu modellərin mühərrik həcmi 50 sm³-dən az olduğu üçün moped kateqoriyasına aiddir. Sürətləri 50 km/s-dən aşağı və ya ona yaxındır.
Bəzi hallarda sürücülük vəsiqəsinin AM kateqoriyası ilə idarə olunması mümkündür.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026