12:17 - 21.05.2025
21 may, Fineko/abc.az. İlon Mask, Tesla və xAİ şirkətlərinin yarımkeçirici nəhəng Nvidia, AMD və bəlkə də digərlərindən çip almağa davam etməyi planlaşdırdıqlarını deyib.
ABC.AZ xəbər verir ki, hazırda X sosial media platformasına sahib olan süni intellekt şirkəti xAİ, Tennessi ştatının Memfis şəhərindəki Colossus zavodunda artıq 200.000 GPU quraşdırıb. Maskın sözlərinə görə, XAİ Memfis xaricində 1 milyon GPU quraşdırmağı da planlaşdırır. Lakin o, şirkətin artıq neçə çip sifariş etdiyini və nə qədər müddətə quraşdırıla biləcəyini açıqlamayıb.
4 Avqust 2026
4 Avqust 2026