10:10 - 29.04.2025
29 aprel, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Tenderdə iştirak haqqı 12,5 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 7-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 92 ünvanına təqdim edə bilərlər. Təkliflərə mayın 7-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.