11:11 - 15.04.2025
15 aprel, Fineko/abc.az. 1 mart 2025-ci il tarixinə Azərbaycan əhalisinin sayı 10 230 666 nəfər təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
İlin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10 230 666 nəfər təşkil edib.
"Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir", - məlumatda qeyd olunub.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026