11:10 - 7.04.2025
7 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın komandası tənəzzüllə bağlı narahatlıqları təkzib edir və 50 ölkənin tarif razılaşmalarına can atdığını bildirir.
ABC.AZ xəbər verir ki, üstəlik, Tramp administrasiyası "bazar çaxnaşmasına" baxmayaraq yüksək tariflərlə bağlı kursu davam etdirəcəyini vəd edir.
Xatırladaq ki, tənəzzül haqqında söhbətlər ABŞ-dakı səhmlərin keçən həftə Amerikanın demək olar ki, bütün ticarət tərəfdaşlarına qarşı sərt tariflərin elan edilməsi səbəbindən düşməsindən sonra başladı.
"Tramp tarifləri, bazardakı xaosa baxmayaraq, doğru inkişaf yoludur", - ABŞ prezident administrasiyasından dedilər.