11:48 - 2.04.2025
2 aprel, Fineko/abc.az. Qax Rayon İcra Hakimiyyəti tərəfindən elan edilən üç tender ləğv edilib.
ABC.AZ xəbər verir ki, ləğv edilmə səbəbi hər üç halda eyni olub: satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub (36.1.1.).
Ləğv edilən tenderlərdən biri Qax şəhəri küçələrində və döngələrdə yol və səkilərin, eyni zamanda şəhər qəbirstanlığının giriş yolunun əsaslı təmirini əhatə edirdi. Bu tenderin ehtimal olunan qiyməti 313.810,30 AZN idi.
Digər bir ləğv edilən tender Qax şəhəri, Heydər Əliyev prospekti 97, Üzeyir Hacıbəyov küçəsi 6a, 8a, 8b, Nəriman Nərimanov küçəsi 6 saylı kommunal yaşayış binalarının həyətlərində asfalt-beton örtüyün əsaslı təmirini nəzərdə tuturdu. Bu layihənin ehtimal olunan qiyməti 28.918,00 AZN idi.
Üçüncü ləğv edilən tender isə Qax şəhəri ərazisində yerləşən kommunal yaşayış binalarının təmiri və həyətlərində abadlıq işlərinin, o cümlədən Qax rayon Dövlət Arxivində təmir işlərinin satın alınmasını əhatə edirdi. Bu tenderin ehtimal olunan qiyməti 155.974,20 AZN idi.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026