16:40 - 17.03.2025
17 mart, Fineko/abc.az. Aprelin 1-dən Abşeron dairəvi dəmir yolu xəttində həftədə əlavə 61 reys təyin olunacaq.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu addım sərnişin sıxlığının azaldılması ilə bağlı atılır. (Report)