Avtomobil ilə yükdaşıma həyata keçirənlər ötən ay 1 milyard 148.35 milyon manat qazanıb

11:23 - 24.02.2025


24 fevral, Fineko/abc.az. Azərbaycanda avtomobil yükdaşımalarını həyata keçirən şirkətləri 2024-cü ildə yükdaşımadan 1 milyard 148.35 milyon manat gəlir əldə ediblər.

ABC.AZ xəbər verir ki, avtomobil ilə yükdaşıma həyata keçirən şirkətlərin xərcləri isə cəmi 408.57 milyon manat olub.

Beləliklə, ötən il bu şirkətlərin mənfəəti 739.88 milyon manat olub.

1 yanvar 2025-ci il tarixinə ölkədə 177 622 ədəd yük avtomobili var və bunun 130 948 ədədi fərdi sahibkarların avtomobilləridir.