14:11 - 13.02.2025
13 fevral, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda toplanmış fiskal yığımlar 22,8 milyard manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumda bildirib.
O. Nəzərli vurğulayıb ki, bununla da rəhbərlik etdiyi qurumun bütün fiskal yığımlardakı payı 77%-ə çatıb.
“Ötən il vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 15,8 milyard manatdan çox olub”, – deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, 2019-cu illə müqayisədə ölkədə aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq 800 mini keçib. (Report)
20 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026