14:45 - 12.02.2025
12 fevral, Fineko/abc.az. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.
ABC.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Həmin mərkəzlər həftənin I-VI günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026