Azərbaycan mehmanxanalarında ən çox bu ölkələrdən gələnlər gecələyib - Siyahı

15:08 - 27.01.2025


27 yanvar, Fineko/abc.az. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycandakı hotellərdə keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 26,0 faiz artaraq 2348,0 min olub ki, bu da ümumi gecələmələrin 54,8 faizini təşkil edir.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 19,6 faizi Hindistan, 13,1 faizi Rusiya Federasiyası, 7,8 faizi Səudiyyə Ərəbistanı, 7,3 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,8 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,6 faizi Pakistan, 2,4 faizi Böyük Britaniya, 2,4 faizi İsrail, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,4 faizi Almaniya, 1,0 faizi İtaliya,1,0 faizi Gürcüstan, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.