15:38 - 24.01.2025
24 yanvar, Fineko/abc.az. 2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 1 milyard 566 milyon 604 min dollar dəyərində 82 min 434 ədəd minik avtomobil idxal olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərin idxalı dəyər ifadəsi ilə 51 milyon 287 min dollar və ya 3,4% artıb, miqdar ifadəsi ilə isə 5 min 717 ədəd və ya 6,5% azalıb.
Ötən ilin eyni dövründə xaricdən 1 milyard 515 milyon 317 min dollar dəyərində 88 min 151 ədəd minik avtomobili gətirilmişdi.
1 ədəd minik avtomobilinin orta idxal qiyməti 2024-cü ilin 12 ayının nəticələrinə görə orta hesabla 19 min 4 dollar (32 min 307 manat) olub ki, bu da son bir ildə 1 814 dollar (3 min 84 manat) və ya 10,6% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-dekabr aylarında isə 1 ədəd minik avtomobilinin orta idxal qiyməti 17 min 190 dollar (29 min 233 manat) olub.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026