15:45 - 14.01.2025
14 yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir.
ABC.AZ xəbər verir ki, ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib.
Ümumilikdə, 2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,31 milyard manatı keçib ki, bu da 52530-dan çox ailənin öz mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.
Qeyd etmək lazımdır ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22%-ə yaxını isə regionların payına düşüb.
27 İyul 2026