ABŞ təyyarə qəzası ilə bağlı Azərbaycana kömək etməyə hazırdır

16:04 - 26.12.2024


26 dekabr, Fineko/abc.az. Birləşmiş Ştatlar Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və Qazaxıstan və Azərbaycan hakimiyyətlərinə lazımi yardım göstərməyə hazırdır.

ABC.AZ xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller belə bir açıqlama verib.

"Azerbaijan Airlines təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərindən çox kədərləndik. Həlak olanların ailələrini düşünürük və onlar üçün dua edirik, yaralananların tezliklə sağalmasını diləyirik. Biz Qazaxıstan və Azərbaycan hakimiyyətinə kömək etməyə hazırıq", - deyə Miller X-də yazıb.