Son 3 ildə 40661 əmlak sığortası müqaviləsi bağlanıb

10:52 - 25.12.2024


25 dekabr, Fineko/abc.az. Son üç il ərzində əmlak və həyat sığortası üzrə bağlanmış müqavilələrin sayı açıqlanıb.

ABC.AZ xəbər verir ki, bunu media mənsubları üçün keçirilən təlimdə İpoteka və Kredit Zəmanəti Fondunun departament direktoru Rasim Abdullayev məlumat verib.

"Son üç il üzrə bağlanmış sığorta müqavilələrinə nəzər yetirsək, 40661 əmlak sığortası bağlanıb. Həyat sığortası üzrə bu göstərici isə 17750-yə bərabərdir.

Son üç ildə İKZF vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ümumilikdə 16,4 min əmlak qiymətləndiricilər tərəfindən qiymətləndirilib", - R.Abdullayev qeyd edib.

Müəllif: Elmir Murad