16:27 - 23.12.2024
23 dekabr, Fineko/abc.az. Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450 avtomobil gözləyir.
ABC.AZ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 77, “Mazımqara” gömrük postunda 16, “Astara” gömrük postunda 73, “Biləsuvar” gömrük postunda 5 yük maşını var. “Xanoba” gömrük postunda hazırda gözləyən yük avtomobili yoxdur.
AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026