İslamabadda Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı statusu müzakirə edilib

17:12 - 20.12.2024


20 dekabr, Fineko/abc.az. Azərbaycanın Pakistandakı səfirliyi və Müsəlman İnstitutu İslamabad Milli Kitabxanasında seminar təşkil ediblər.

ABC.AZ xəbər verir ki, mövzu Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi olub.

Məruzəçilər, o cümlədən Azərbaycan səfiri Xəzər Fərhadov, Şuşanın İslam irsi mərkəzi kimi əhəmiyyətini və müsəlman ölkələri arasında mədəni mübadilənin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.