Şərif: İslamabad-Tehran-İstanbul dəhlizi — regional rifaha aparan yoldur

16:26 - 20.12.2024


20 dekabr, Fineko/abc.az. D-8 İqtisadi əməkdaşlıq Təşkilatının Qahirədəki 11-ci sammitində Pakistanın Baş naziri Məhəmməd Şehbaz Şərif İslamabad–Tehran–İstanbul nəqliyyat dəhlizinin (İTİ) regional inkişaf üçün strateji əhəmiyyətini vurğulayıb.

ABC.AZ xəbər verir ki, bu barədə "IRNA" yazır.

Şərif bildirib ki, bu layihə D-8-ə üzv ölkələrin iqtisadi məqsədlərinin həyata keçirilməsi üçün əsas əlaqə ola bilər.

İslamabad–Tehran–İstanbul nəqliyyat dəhlizi Cənubi Asiya, Yaxın Şərq və Avropanı birləşdirən dəmir yolu və yol marşrutudur.