10:27 - 20.12.2024
20 dekabr, Fineko/abc.az. Türkiyə iş adamlarının Azərbaycana investisiya yatırmaq marağı həmişə olub, amma yetərincə deyil.
ABC.AZ xəbər verir ki, bunu media nümayəndələri ilə görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli vurğulayıb.
O qeyd edib ki, bununla bağlı təşviq artırılmalıdır. Bunun üçün MÜSİAD türk iş adamları üçün yeni "Azərbaycana gəlmək üçün 101 səbəb" adlı dərgi hazırlayıb.
R.Cabirli hesab edir ki, dərgi və təşviq sayəsində Türkiyə iş adamlarının Azərbaycana investisiya marağını artırmağa nail olmaq olar:
"Türkiyə iş adamlarının həmişə Azərbaycana marağı olub, amma müəyyən obyektiv səbəblərdən bu bizim istədiyimiz həcmdə deyil. Dövlət başçılarının bununla bağlı tapşırıqları var. İki ölkə arasında investisiya qoyuluşu və ticarət dövriyyəsinin həcmi artırılmalıdır. Hazırda bu istiqamətdə işlər həyata keçirilir. Bəzən Türkiyə iş adamları Azərbaycana gələndə ziyarət səbəbləri bilinmir. Bir çox halda onlar sadəcə Azərbaycana gəlirlər, amma ortada nəticə yoxdur. Ona görə də biz qeyd etdiyimiz dərgini dərc etdik ki, Türkiyə iş adamları bura gəlməzdən əvvəl planları olsun, məqsədli gəlsinlər. Bu halda onların investistisiya maraqları daha da artmış olacaq".
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026