16:36 - 4.09.2018
4 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Etibar Pirverdiyev “Azərenerji” ASC-in prezidenti vəzifəsindən azad edilib.
Dövlət başçısının saytında xəbər verilir ki, “Azərenerji” ASC-in prezidenti vəzifəsinə Balababa Rzayev təyin edilib.
Azərbaycan prezidentinin digər sərəncamı ilə, Balababa Rzayev “Azərişıq” ASC-in sədri vəzifəsindən azad edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026