10:50 - 18.12.2024
18 dekabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti “Head Property” MMC-ni dövlət qeydiyyatına alıb.
ABC.AZ xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 1 700 000 manatdır və qanuni təmsilçisi İsa Bünyad oğlu İsayevdir. O bir "Naxçıvanbank"ın sədr müavini olub.
Xatırladaq ki, “Naxçıvanbank” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına çevrildiyini elan edib.
Yeni şirkət “E-Kredit”BOKT və bağlanmış bankla eyni hüquqi ünvanda – Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27-də qeydiyyatdan keçib.
3 Avqust 2026