10:10 - 27.11.2024
27 noyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC (AZAL) gələn ilin may-iyul aylarında Cənubi Koreyanın paytaxtı Seula birbaşa uçuşlar həyata keçirəcək.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin mayından etibarən Seulla Bakı arasında həftədə bir dəfə olmaqla cümə günləri Cənubi Koreya tur operatorlarının təşkil edəcəyi birbaşa uçuşların anonsu verilib.
2025-ci ilin iyul ayının ortalarına kimi həyata keçirilməsi planlaşdırılan uçuşları AZAL yerinə yetirəcək. Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov birbaşa uçuşların iki ölkə arasında əlaqələrin inkişafına, qarşılıqlı tanıtıma və turist mübadiləsinə töhfə verəcəyini bildirib.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn Cənubi Koreya vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 91% artıb.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026