17:12 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. Bu ilin oktyabr ayında Yaponiyadan Rusiyaya minik avtomobillərinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 45,8 faiz artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlarda qeyd edilib.
Statistikada qeyd edilib ki, avtomobillərdən əlavə, Rusiyaya ehtiyat hissələrinin ixracında da artım qeydə alınıb.
Ötən ay tədarükdə 27 faiz artım olub.
Bir həftə əvvəl Yaponiya Rusiyaya ixracla bağlı məhdudiyyətləri yumşaldaraq, yüngül hibrid mühərrikli avtomobillərin ixracına icazə verib. Yəni, indi Yaponiya hərraclarında “Honda”, “Suzuki”, “Mazda”, “Mitsubishi”, “Nissan”, eləcə də “Mercedes-Benz” və “Audi” avtomobillərinin bir qismini almaq mümkündür.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026