Büdcədən “Bakı Metropoliteni QSC-yə yenə pul ayrılır - Rentabelli işləmir

15:51 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. Azərbaycanda 2025-ci ilin dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 515,6 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 27,7 milyon manat subsidiya nəzərdə tutulub.

Qeyd edək ki, hazırda bir nəfər üçün metroda gediş haqqı 50 qəpikdir.