12:01 - 16.11.2024
16 noyabr, Fineko/abc.az. Argentinanın xarici işlər naziri Herardo Verteynin dediyi kimi, indi ölkə bütün iqlim dəyişikliyi ilə bağlı strategiyasını fəlsəfi deyil, praktik olaraq nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bununla əlaqədar olaraq, ölkə prezidenti Havyer Miley artıq Argentina COP29 nümayəndə heyətini geri çağırıb.
Xarici İşlər Nazirliyinə görə, Argentina iqlim dəyişikliyi faktını inkar etmir, ancaq bunu antropogen deyil, təbii mənşəli hesab edir.
“Biz hesab edirik ki, bu, təbii dövrlərlə bağlıdır və biz onu azaltmaq üçün tədbirlərin görülməsinin zəruriliyi ilə razıyıq. İndi nümayəndə heyətimizi geri çağırmaq və mövqeyimizi yenidən nəzərdən keçirmək qərarına gəldik, bu qədər”, — deyə o bildirib.
25 İyul 2026