Bakı metropoliteni modernləşdiriləcək - Meçorondum imzalandı

17:20 - 14.11.2024


14 noyabr, Fineko/abc.az. Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı (EIB) arasında Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, Memoranduma əsasən, tərəflər Bakı Metropoliteni şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Bakı Metropoliteni ilə hər gün təxminən 620-630 min sərnişin daşınır. Şəbəkənin yenilənməsi və genişləndirilməsi ilə bağlı planlaşdırılan işlərin məqsədi təqribən 2,4 milyon nəfər əhalisi olan Bakı şəhərində metro sərnişinlərinin sayını artırmaq və nəqliyyat sıxlığını azaltmaqdır.