"McDonald's" məhsulları 104 nəfərin xəstələnməsinə səbəb oldu

15:48 - 14.11.2024


14 noyabr, Fineko/abc.az. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin rəsmiləri ölkənin 14 ştatında McDonald's 'Quarter Pounder' hamburgerində koli bakteriyalarının olması ilə bağlı açıqlama verib.

ABC.AZ xəbər verir ki, açıqlamada sözügedən bakteriyalara görə xəstələnənlərin sayının 104-ə yüksəldiyi, 34 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

ABŞ-ın 14 ştatında McDonald's restoranlarında istehsal olunan hamburgerlərdə aşkar edilən E.Coli bakteriyasına görə xəstələnənlərin sayının 104-ə yüksəldiyi bildirilib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin rəsmiləri oktyabrın 23-də bu bakteriya səbəbindən xəstələnən 49 nəfərdən birinin öldüyünü açıqlayıb.

Açıqlamada hamburgerlərdə istifadə edilən mal ətindən hazırlanan küftə və soğanın tərkibində E.coli bakteriyası ola biləcəyi, lakin bunun dəqiq olmadığı, McDonald'sın bəzi ştatlarda bu hamburgerlərin satışını və şübhəli maddələrin istifadəsini dayandırdığı bildirilib.