15:28 - 14.11.2024
14 noyabr, Fineko/abc.az. Bu həftə aparıcı çoxtərəfli inkişaf bankları illik kollektiv iqlim maliyyələşdirməsinin 2030-cu ilə qədər 170 milyard dollara çatacağını proqnozlaşdırıb.
ABC.AZ xəbər verir ki bunu Bakıda keçirilən COP29 çərçivəsində tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O, bildirib ki, bunun 49 milyard ABŞ dolları həcmində hissəsi uyğunlaşma maliyyəsinə aid olacaq:
"Hər bir töhfə alqışlanır, lakin harada olduğumuz və olmamız lazım olan yer arasında hələ də boşluq var. Bir sıra maraqlı tərəflərlə məsləhətləşmələr vacib olsa da, bunun üçün iqtisadiyyatın əsas sektorları üzrə özəl sektor da daxil edilməlidir. Fəaliyyəti təmin etmək üçün COP29 prezidentliyinin əsas danışıqlar prioriteti inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına və prioritetlərinə cavab verən ədalətli və iddialı yeni iqlim maliyyə məqsədini razılaşdırmaqdır. Bu kontekstdə biz istəyirik ki, özəl və xeyriyyə sektorları da inkişaf etməkdə olan ölkələrin ambisiyalarını necə dəstəkləyə biləcəklərinə diqqət yetirsinlər". (APA)
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026