16:19 - 7.11.2024
7 noyabr, Fineko/abc.az. Özbəkistan Ticarət və Sənaye Palatasının sədr müavini Dilşod Rəsulov İqtisadiyyat Nazirliyinin Elmi Tədqiqatlar İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə danışıqlar aparıb.
ABC.AZ xəbər verir ki, bu barədə RUz Ticarət və Sənaye Palatasının rəsmi saytına bildirilir.
Tədbirdə "Uztekstilprom" Assosiasiyasının və "Uzum Market" şirkətinin nümayəndələri də iştirak ediblər.