16:29 - 31.10.2024
31 oktyabr, Fineko/abc.az. İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 511 milyon manata yaxın kredit verilib ki, bunun da 80 milyon manatı bu ilin yanvar-oktyabr aylarının payına düşüb.
ABC.AZ Fonda istinadən xəbər verir ki, qurum Bakı KOB Evində iqtisadçı-ekspertlərlə görüş keçirib.
Sahibkarlığa dəstək alətlərinə həsr olunmuş tədbirdə qurumun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov təqdimatla çıxış edib. O, bildirib ki, Prezident İlham Əliyevin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb.
Fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6 600 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026