16:49 - 22.10.2024
22 oktyabr, Fineko/abc.az. İndiyə qədər Azərbaycandakı sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 500-dən çox daimi iş yeri yaradılıb.
ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiya yatırılması və 9 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya dəyəri 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezident statusu verilib”, – deyə məlumatda qeyd edilib.
4 Avqust 2026
4 Avqust 2026