Bakıdan xaricə birbaşa aviareyslərin ən baha qiyməti - Siyahı

12:01 - 22.10.2024


22 oktyabr, Fineko/abc.az. Bu ilin noyabr ayında Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək qiyməti Pakistanın Lahor şəhəri istiqamətində qeydə alınıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan paytaxtından Lahora birbaşa uçmaq 351 avroya başa gəlib (tranzit uçuşun qiyməti açıqlanmayıb).

2-ci yerdə İtaliyanın Milan şəhəri qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə uçuş haqları müvafiq olaraq 239,3 avro və 139,2 avro təşkil edib.

Növbəti yeri Hindistanın paytaxtı Dehli tutub. Bu şəhərə birbaşa uçuş 209,3 avroya, tranzitlə uçuş isə 221 avroya başa gəlib.