ARDNF-in transfert məbləği 1,7 milyard manat çox artırılır

14:39 - 16.10.2024


16 oktyabr, Fineko/abc.az. Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği ilkin variantla müqayisədə 1,7 milyard manat çox – 14 milyard 481 milyon manat nəzərdə tutulub.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,3 % çoxdur.

ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37,8 %-i qədərdir. Bu isə 0,9 faiz bəndi çoxdur.