Son 9 ayda istehsalı artan və azalan sənaye məhsulları - Siyahı

14:14 - 14.10.2024


14 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, yanvar-sentyabr ayları üzrə istehsal olunmuş sənaye məhsullarının statistikası açıqlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 faiz, əczaçılıq məhsullarının istehsalı 47,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 42,9 faiz, hazır metal məmulatlarının istehsalı 38,1 faiz, mebel istehsalı 35,8 faiz, elektrik avadanlıqlarının istehsalı 34,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 29,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23 faiz, tikinti materiallarının istehsalı 22,9 faiz, içkilərin istehsalı 19,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 19,2 faiz, tütün məmulatlarının istehsalı 12,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 9,6 faiz, kağız və karton istehsalı 8,2 faiz, qida məhsullarının istehsalı 7 faiz, neft məhsullarının istehsalı 2,8 faiz artmış, geyim istehsalı 0,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 7,6 faiz, sair sənaye məhsullarının istehsalı 7,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,4 faiz, poliqrafiya məhsullarının istehsalı 23,1 faiz, maşın və avadanlıqların istehsalı 40,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 faiz azalıb.