Misirdə hava limanı və dəmir yolu ilə birlikdə metropolis inşa edilir

15:23 - 9.10.2024


9 oktyabr, Fineko/abc.az. Misirdə Barselonadan iki dəfə böyük olacaq Ras el-Hekma meqapolisinin tikintisinə başlanılıb.

ABC.AZ xəbər verir ki, təxminən 2 milyon insanın yaşayacağı və şəhərin ümumi sahəsinin 170 kvadratmetr olacağı gözlənilir.

Ras el Hekma "mənzərəli sahildə tam işlək, ağıllı, davamlı və əhatəli bir məkan" kimi nəzərdə tutulmuşdur. 2045-ci ilə qədər metropolisin Misir iqtisadiyyatına yatırımı ildə 25 milyard dollar olmalıdır, burada 750 min iş yeri yaradılacaqdır. Yaşayış məhəllələri, kurortlar, golf sahələri, əyləncə yerləri, xəstəxanalar, məktəblər, universitetlər, yaxtal üçün liman, beynəlxalq otellər təklif olunur.

Bundan əlavə, yeni meqapolisdə yüksək sürətli dəmir yolu olacaq. Hava limanı qurulandan sonar isə 400 milyondan çox səyyah üçün yol dörd saat təşkil edəcək.