“Stellantis” və “Renault” birləşəcək - İDDİA

16:34 - 8.10.2024


8 oktyabr, Fineko/abc.az. Bu ilin əvvəlində “Stellantis” və “Renault” şirkətlərinin birləşməsinə dair şayiələr yayılmağa başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə İtaliya mətbuatında məqalə dərc edilib. Naşir məqalədə vurğulayıb ki, şaiyələri “Stellantis” və “Renault” rəhbərləri təkzib edib.

Bununla da iki avtomobil nəhənginin yeni avtomobil supergücü yaratmaq üçün birləşə biləcəyinə dair xəbərlər dezinformasiya çıxıb.

Şirkət rəhbərləri sadəcə Avropada yeni avtomobil nəhəngi yaratmaq fikrində olduqlarını ifadə ediblər.

Müəllif: Elmir Murad