10:41 - 8.10.2024
8 oktyabr, Fineko/abc.az. Yaxın günlərdə “Bakı Fond Birjası” QSC (BFB) investorlara qiymətli kağızların məsafadən ticarəti üçün imkan yaradacaq.
ABC.AZ xəbər verir ki, bunu BFB-nin məhsulun inkişafı üzrə rəhbəri Fərid Abbaszadə bildirib.
“Bu, səhm və istiqrazların ticarətini daha əlçatan edəcək”, – deyə o qeyd edib.
Bundan başqa, Birja rəsmisi deyib ki, “yaşıl istiqraz” seqmentinin yaradılması və bu seqment üzrə stimullaşdırma layihələrinin həyata keçirilməsi üçün iş aparılır:
“Biz hazırda Azərbaycan Mərkəzi Bankının maliyyə taksanomiyasını təsdiq etməsini gözləyirik ki, layihələrimizi ictimaiyyətə açıqlayaq. Dayanıqlı maliyyə alətlərinin ticarəti üçün açığıq və buna dəstək verməyə hazırıq”. (Report)
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026