Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb, ya azalıb?

10:10 - 8.10.2024


8 oktyabr, Fineko/abc.az. Bu ilin oktyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,7 % artaraq 789,7 minə çatıb.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, aktiv ƏDV ödəyicilərinin sayı 51 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 212,2 min olub ki, bu da ilin əvvəlinə nisbətən müvafiq olaraq 11,5 % və 3,8 % çoxdur.