11:02 - 4.10.2024
4 oktyabr, Fineko/abc.az. “Tesla”nın “Model S” elektrik avtomobilinin ən ucuz versiyasının satışları dayandırılıb.
ABC.AZ Kommersant.ru-ya istinadən xəbər verir ki, “Model S” avtomobilinin standart versiyasının qiyməti 39 min dollar təşkil edir, ABŞ-də isə subsidiyalarla birlikdə 42.5 min dollara çatır.
“Reuters”in qeyd etdiyi kimi, istehsalı dayandırılmış “Model 3” Çindən gətirilən litium-dəmir fosfat batareyaları ilə işləyir. Xatırladaq ki, may ayında ABŞ Çindən gələn elektrik avtomobillərinə 100%, akkumulyator və digər hissələrə isə 25% idxal rüsumu tətbiq edib. Bundan əlavə, Çində istehsal edilmiş komponentləri olan avtomobillərə alış zamanı 75 min dollarlıq subsidiya aid edilmir.
Oktyabrın 2-də “Tesla” elektrik avtomobillərinin satışlarının bu ilin üçüncü rübündə ilk dəfə (6.4%) artdığını açıqlayıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026