15:24 - 3.10.2024
3 oktyabr, Fineko/abc.az. Amerikanın “Tesla” şirkəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə tədarükləri 6.4% artırıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, artımdan sonra tədarüklərin sayı 462.89 min elektromobilə çatdırılıb.
Model 3 və Model Y modellərinin sayı 439 975 ədəd, digərlərinin isə 22 915 ədəd təşkil edib. Uoll-Strit analitikləri tədarükləri orta hesabla 462 min avtomobil olaraq qiymətləndirmişdi.
İyul-sentyabr aylarında “Tesla” avtomobillərinin istehsalı 9.1% artaraq 469 796 ədədə çatıb. Şirkət oktyabrın 23-də üçüncü rüb üçün tam maliyyə hesabatlarını açıqlayacaq.
Bu ilin əvvəlindən bu yana avtomobil istehsalçısının bazar dəyəri demək olar ki, dəyişməyərək 824 milyard dollar olub, “Nasdaq Composite” fond indeksi isə demək olar ki, 19% artıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026