17:21 - 24.08.2018
24 avqust, Fineko/abc.az. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycanın Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirildi.
BFB-in məlumatında deyilir ki, 24 avqsut tarixində AMB 50101170S dövlət nömrəli, 250 milyon manat həcmində, 26 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.
11 investordan 368115,9 min manat məbləğində 19 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3899 manatdan (gəlirlilik 8,5%) 99,4251 manata qədər (8,01%) təklif etmişlər.
Mərkəzi Bankın qərarına əsasən, kəsmə qiyməti 99,4251 manat (gəlirlilik 8,01%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir.
Nəticədə 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 19 sentyabr 2018-ci il.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026