16:24 - 30.09.2024
30 sentyabr, Fineko/abc.az. Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, azad edilən ərazilərə köçürülən vətəndaşlar üçün dövlət hər cür şərait yaradıb:
"Bu işlər Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində plana uyğun davam edir. Məşğulluq və infrastruktur məsələlərini düzgün ardıcıllığını planlayaraq bunu edirik".
O qeyd edib ki, hazırda Ağdamda 3 kənddə quruculuq işləri davam edir:
"Prezident İlham Əliyev sonuncu dəfə Ağdama səfər etmişdi. Orada hazırda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəsisslərlə birgə kəndin bərpası üzrə işlər gedir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işlər başlayıb.
Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri yekunlaşdıqdan köç başlayacaq". (Report)
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026