12:23 - 30.09.2024
30 sentyabr, Fineko/abc.az. Çinin avtomobil istehsalçısı BYD-nin 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrına qədər Çində istehsal edilən “Dolphin” və “Yuan Plus” elektrikli avtomobillərini geri çağırıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasından (SAMR) bildirilib. SAMR-in bəyanatında bildirilir ki, şirkət öz dilerlərindən geri çağırılan avtomobillərdə fiziki düzəliş quraşdırmağı xahiş edəcək.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, “Dolphin” və “Yuan Plus” 2023-cü ildə BYD-nin ən çox satılan iki modeli olub, il ərzində ümumilikdə satılan 3 milyon avtomobilin 26%-ni təşkil edib.
Müəllif: Elmir Murad
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026