16:41 - 24.08.2018
24 avqust, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə Dövlət Ortamüddətli İstiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.
BFB-in məlumatında deyilir ki, avqustun 28-də hər birinin nominal dəyəri 100 manat olmaqla, 15 milyon manat həcmində DOİ satışı üzrə hərrac keçiriləcək.
“İstiqrazların tədavül müddəti 1092 gün, faiz gəlirliyi 9%-dir. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.
30 İyul 2026