11:17 - 27.09.2024
27 sentyabr, Fineko/abc.az. Tranzit daşımalar Azərbaycan və Çin arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir.
ABC.AZ xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycanda tranzit potensialının artırılması üçün irimiqyaslı nəqliyyat infrastrukturu layihələri həyata keçirilib.
"Ölkəmizdən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr Çindən Avropaya və əks istiqamətdə yüklərin çatdırılması üçün ən qısa və səmərəli marşrutları təşkil edir. Nəticədə Azərbaycan regionun əsas nəqliyyat qovşağına çevrilib”, – o bildirib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026