ATS-lərin ən çox və ən az olduğu bölgələr - Siyahı

11:52 - 25.09.2024


25 sentyabr, Fineko/abc.az. Ötən ilin sonunda Azərbaycanda mövcud olan ATS-lərin sayı 2 089 olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox ATS sayı Bakı (162) və Gəncə şəhərlərindədir.

Masallıda 79, Xaçmazda 71, Zaqatalada 53, Lənkəranda isə 50 ATS fəaliyyət göstərir. İşğaldan azad edilmiş rayonlarda isə hələlik ATS-lər mövcud deyil. Onlardan yalnız Cəbrayıl ərazisində 3,  Füzulidə 5, Ağdamda isə 18-i fəaliyyətdədir.

Ən az ATS sayı isə Cəbrayıl və Naftalanda 3, Mingəçevirdə 4, Füzulidə 5, Şirvanda isə 7-dir.