14:41 - 20.09.2024
20 sentyabr, Fineko/abc.az. Artıq Çindən göndərilən yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) ilə daşınması razılaşdırılıb. Bu ilin sonuna qədər Çindən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, bu ilin mart ayında Çinin Sian limanından Bakıya cəmi 11 günə birinci konteyner qatarı çatdırılıb.
“Orta hesabla blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır. Ümumilikdə, bu ilin sonuna qədər Çindən Orta Dəhliz vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır ki, bu da təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir”, - deyə R.Rüstəmov bildirib.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026